pekin, 9 aprel, arhd.media
xin: çin abş-ın son rüsum addımı ilə əlaqədar qətiyyətli tədbirlər görəcək
biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətli tədbirlər görməyə davam edəcəyik.
arhd.media xəbər verir ki, bu fikri çin xarici işlər nazirliyinin rəsmisi lin cien abş-ın çin mallarına tətbiq etdiyi idxal rüsumlarını 104 faizə qaldırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“biz heç kimə çin xalqının qanuni inkişaf hüququnu əlindən almağa icazə verməyəcəyik. çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirmək cəhdlərinə dözməyəcəyik”, - deyə çin xin rəsmisi bildirib.
qeyd edək ki, donald tramp prezident seçildikdən sonra çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. aprelin 9-dan etibarən çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.























