xankəndi, 14 aprel, arhd.media
kamran əliyev: heydər əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır
müasir azərbaycanın hüquqi-siyasi dayaqları məhz ümummilli lider heydər əliyevin müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. 1995-ci ildə qəbul olunan konstitusiya və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir. heydər əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, bunu baş prokuror kamran əliyev xankəndidə “heydər əliyev və suveren azərbaycan” mövzusunda keçirilən konfransda deyib.
kamran əliyev tədbirin xankəndi şəhərində keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb: “bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür”.






















