azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasına (cop29) azərbaycan respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə fatih birol “dostluq” ordeni ilə təltif edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 31 yanvar 2025-ci il






















