bakı, 31 yanvar, arhd.media





bakıda 2 fevral – azərbaycan gəncləri günü ilə əlaqədar könüllü təşkilatlarının dayanıqlı inkişaf forumu keçirilib.
arhd.media xəbər verir ki, forum azərbaycan respublikasının gənclər fondunun dəstəyi, azərbaycan könüllü təşkilatları ittifaqının (akti) təşkilatçılığı ilə gerçəkləşib.
iki yüzdən çox azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi ittifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.
dövlət himninin səsləndirilməsi ilə başlayan forumda milli məclisin deputatı asif əsgərov, gənclər fondunun icraçı direktoru vəzifəsini icra edən qədir xəlilov, azərbaycan könüllü təşkilatları ittifaqının sədri vüqar əliyev və akti-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, qonaqlar və könüllülər iştirak ediblər.
çıxış edənlər gənclər gününün ümummilli lider heydər əliyevin təşəbbüsü ilə təsis edildiyini vurğulayıb, bu günün azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu bildiriblər. qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda, cəmiyyətə xidmətin mühüm bir formasıdır. forum könüllü təşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsi aparması üçün mühüm platformadır.
forumda könüllülər - “miqrasiya könüllüsü” ictimai birliyinin sədri şəbnəm ibrahimli və medianın inkişafı agentliyinin informasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi anar əhmədli öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətlərinin şəxsi və peşəkar inkişafda necə böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
sonra forumda gənc regional nümayəndələr və bir qrup könüllü səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar. tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra könüllülərin ifasında musiqili bədii proqram dinlənilib.
forum çərçivəsində “könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf” adlı panel sessiya təşkil edilib. akti-nin sədri vüqar əliyevin moderatorluğu ilə keçirilən paneldə spikerlər – vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi, akti-nin idarə heyətinin üzvü emiliya bayramova, gənclərin inkişaf və karyera mərkəzinin baş direktoru azər əliyev və “regional inkişaf” ictimai birliyinin layihələr və könüllülərlə iş şöbəsinin müdiri adilə əliyeva çıxış ediblər. onlar “könüllülükdə dayanıqlı inkişaf və beynəlxalq təmsilçilik”, “regionlarda gənclər üçün karyera imkanları” və “region könüllülük hərəkatında mövcud problemlər və həlli yolları” mövzularında fikirlərini bölüşüblər.
bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafını təmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı, motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətində addımlar atılmalıdır. gənclərin beynəlxalq könüllülük hərəkatlarında aktiv iştirakı ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və daha geniş əməkdaşlıqlara şərait yaradır. həmçinin könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsi vacibdir. regionlarda karyera imkanlarının artırılması gənclərin gələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsir göstərir. könüllü fəaliyyətlər gənclərə təcrübə qazandırmaq və onların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsiz vasitədir.






















