bakı, 4 iyun, arhd.media
iş günü ilə istirahət gününün yerləri dəyişdirilib - qərar
azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
arhd.media xəbər verir ki, bununla bağlı baş nazir əli əsədov qərar imzalayıb.
qərara əsasən, iyunun 21-i (şənbə) iş günüdür. beləliklə, iyunun 26-sı, 27-si, 28-i və 29-u ardıcıl qeyri-iş günü olacaq.























