bakı, 5 iyun, arhd.media
azərbaycan standartlaşdırma institutunun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyinin tabeliyində olan azərbaycan standartlaşdırma institutunun (azstand) nümayəndəsi braziliyanın rio-de-janeyro şəhərinə işgüzar səfər edib.
azstand-dan arhd.media-a bildirilib ki, səfər zamanı qurumun nümayəndəsi beynəlxalq standartlaşdırma təşkilatının (iso) “turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə texniki komitənin (iso/tc 228) iclasında iştirak edib. “braziliya texniki standartlar assosiasiyası”nın təşkilatçılığı ilə keçirilən iclasa azərbaycanla yanaşı, ispaniya standartlaşdırma assosiasiyası, yaponiya sənaye standartları komitəsi, britaniya standartlar institutu, italiya standartlar qurumu, koreya texnologiya və standartlar agentliyi, çin standartlaşdırma idarəsi, monteneqro standartlaşdırma institutu və digər ölkələrin standartlaşdırma üzrə qurumlarından ümumilikdə 72 nümayəndə qatılıb. tədbir zamanı təqdim edilmiş beynəlxalq standart layihələri ətrafında geniş müzakirələr aparılıb, bu layihələrə dair üzv ölkələrin rəy və təklifləri nəzərdən keçirilib. bundan əlavə, turizm sahəsində hazırlanacaq yeni standart layihələri üzrə işçi qruplarda fəaliyyət göstərəcək ekspertlərin təyinatı müzakirə olunub.
sözügedən tədbirin yekununda komitənin strateji sənədlərinin, o cümlədən strateji biznes planının yenilənməsi, bəzi mövcud standartların etibarlılığının uzadılması ətrafında fikir mübadiləsi aparılıb. həmçinin növbəti illərdə keçiriləcək plenar iclaslarla bağlı ilkin razılaşmalar əldə olunub.






















