bakı, 10 iyun, arhd.media
socar-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib
bu gün socar-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (emissiya prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).
“socar capital” şirkətindən arhd.media-a verilən məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon dollar məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
ölkəmizin yaşıl enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə socar tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan socar-ın “yaşıl” istiqrazları ilə bakı fond birjasında (bfb) bu günədək 13,8 milyon dolları məbləğində 330-dan çox əqd bağlanıb.
socar-ın tədavüldə olan istiqrazları cari il ərzində bfb-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66,5 faizini təşkil edib.























