bakı, 13 iyun, arhd.media
nazir müavini: 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 16,9 milyard manata çatdırılıb
2018-2025-ci illər üçün ölkə üzrə həyata keçirilən 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. prezidentin imzaladığı fərman və sərəncamlara əsasən bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artırılıb. eyni zamanda, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti 5 dəfədən çox artırılıb. bundan əlavə, prezident ilham əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir.
arhd.media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini rəşad mustafayev 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə deyib.
nazir müavini bildirib ki, bu il yanvarın 1-dən pensiya orta aylıq nominal əməkhaqqının artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilib: "pensiya təminatına ayrılan illik vəsait 2018-ci ildən bu yana iki dəfə artırılıb və 2025-ci ildə 7,2 milyard manata çatıb. bu artım 1,1 milyon vətəndaşı əhatə edib".





















