bakı, 18 iyun, arhd.media
“fənərbağça”nın prezidenti ali koç "qarabağ" klubunun rəsmiləri ilə görüşüb
"qarabağ" klubunun baş direktoru və idarə heyətinin üzvü emrah çelikel, eləcə də idarə heyətinin üzvü asif əsgərov bakıda səfərdə olan "fənərbağça" idman klubunun prezidenti ali koçla görüşüblər.
arhd.media xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.
sonda ali koça ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

























