bakı, 20 iyun, arhd.media
affa rəsmiləri fifa-nın sammitində iştirak edirlər
bu gün abş-ın mayami şəhərində fifa-nın icraedici futbol sammiti keçirilir.
affa-dan arhd.media-a verilən məlumata görə, tədbirdə azərbaycanı milli assosiasiyanın prezidenti rövşən nəcəf və baş katib cahangir fərəcullayev təmsil edirlər.
tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.























