bakı, 23 iyun, arhd.media
iran qətərə abş aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib
iran böyük itkilərə yol verməmək üçün qətər hakimiyyətinə abş-ın əl-udeyd aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib.
arhd.media xəbər verir ki, bu barədə “new york times” (nyt) öz mənbələrinə istinadla məlumat yayıb.
məlumata görə, tehran amerikanın iranın nüvə obyektlərinə hücumlarına cavab olaraq simvolik zərbə endirməyə məcbur olub.
























