bakı, 1 iyul, arhd.media
bu gündən müavinət və təqaüdlər artırıldı
prezident ilham əliyevin fərmanına əsasən, növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində bu gündən - iyulun 1-dən müavinət və təqaüdlər artırılıb.
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildiriblər ki, artırılan müavinət və təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən olunub:
şəhid ailəsi, 20 yanvar şəhidinin ailəsi, əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün prezidentin aylıq təqaüdü – 700 manat;
müharibə, 20 yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və çernobıl aes-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (i dərəcə) - 600 manat;
- 61-80 faiz pozulmasına görə (ii dərəcə) - 500 manat;
- 31-60 faiz pozulmasına görə (iii dərəcə) - 400 manat;
- vətən müharibəsi qəhrəmanlarına prezidentin aylıq təqaüdü – 2 min 200 manat;
- azərbaycanın milli qəhrəmanlarına prezidentin aylıq təqaüdü – 2 min manat;
- azərbaycan respublikası prezidentinin fərdi təqaüdü - 1700 manat;
- uşağın anadan olmasına görə birdəfəlik müavinət - 600 manat;
- dəfn üçün birdəfəlik müavinət - 600 manat;
- himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
- 0-6 yaş arası uşaq üçün - 500 manat;
- 7-13 yaş arası uşaq üçün - 600 manat;
- 14-18 yaş arası uşaq üçün - 650 manat;
əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (i dərəcə) - 300 manat;
- 61-80 faiz pozulmasına görə (ii dərəcə) - 250 manat;
- 31-60 faiz pozulmasına görə (iii dərəcə) - 180 manat;
- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (i dərəcə) gözdən əlilliyi olan şəxslərə prezidentin aylıq təqaüdü - 350 manat;
- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (i dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) prezidentin aylıq təqaüdü - 250 manat;
- övladlığa götürülən hər uşağa görə aylıq müavinət - 240 manat;
- ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) - 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət - 140 manat;
- beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət - 140 manat;
- müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manat;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (i dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə prezidentin aylıq təqaüdü - 120 manat;
- fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
- “xalq” fəxri adına görə - 300 manat,
- “əməkdar” fəxri adına görə - 200 manat.
beləliklə, müavinət və təqaüdlərində artımlar edilmiş vətəndaşlar artıq bu aydan həmin ödənişlərini artırılmış məbləğlərdə alacaqlar.
ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb.
xatırladaq ki, dövlətimizin başçısının 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
bu ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi üzrə ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılıb və bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.


























