şuşa, 2 iyul, arhd.media
ələt azad iqtisadi zonasında yerləşən karqo hava limanı 2026-cı ildə fəaliyyətə başlayacaq
ələt azad iqtisadi zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.
arhd.media xəbər verir ki, bu barədə ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədr müavini ismayıl manafov şuşada keçirilən 6-cı eco biznes-forumunda çıxışı zamanı deyib.
onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.
“əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. ələt iqtisadi zonasında bu il iki fabrik açacağıq. on şirkət artıq qeydiyyatdan keçməkdədir”, - deyə ismayıl manafov qeyd edib.

























