bakı, 2 iyul, arhd.media
energetika naziri ismayıllıda vətəndaşlarla görüşəcək
energetika naziri pərviz şahbazov iyulun 22-də ismayıllı, şəki, oğuz, qəbələ, ağsu və şamaxı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
nazirlikdən arhd.media-a bildiriblər ki, vətəndaşlarla görüş saat 11:00-dan başlayaraq ismayıllı rayon heydər əliyev mərkəzində (ünvan: az3100, ismayıllı şəhəri, heydər əliyev pr. 57) keçiriləcək.
qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün energetika nazirliyinin “974” çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: əzizə cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də enerji məsələlərini tənzimləmə agentliyinin kürdəmir filialı (əlaqələndirici şəxs: elçin məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az), şəki filialı (əlaqələndirici şəxs: asim məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. həmçinin energetika nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

























