bakı, 2 iyul, arhd.media
azərbaycan dövlət su ehtiyatları agentliyinin sədri beyləqanda vətəndaşların müraciətlərini dinləyəcək
azərbaycan dövlət su ehtiyatları agentliyinin (adsea) sədri zaur mikayılov iyulun 22-də beyləqan rayonunda vətəndaşların müraciətlərini dinləyəcək.
adsea-dan arhd.media-a bildirilib ki, agentliyin sədri zaur mikayılovun iyun ayında keçirilməli olan vətəndaş qəbulunun tarixi iyulun 22-nə dəyişdirilib.
qeyd edək ki, vətəndaş görüşü beyləqan rayonunda beyləqan, füzuli və xocavənd rayonlarının sakinləri üçün nəzərdə tutulub.
























