naxçıvan, 11 iyul, arhd.media
naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib
naxçıvanda cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 106 milyon 117 min 600 manat vəsait yönəldilib.
naxçıvan muxtar respublikası dövlət statistika komitəsinin mətbuat xidmətindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 40,5 faiz çoxdur.
əsas kapitala vəsait qoyuluşunun 83 milyon 340 min 100 manatı və ya 78,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.
























