amea və tübitak-ın layihəsi: türk mədəniyyətinin qədim izləri araşdırılır

bakı, 15 iyul, arhd.media




 amea və tübitak-ın layihəsi: türk mədəniyyətinin qədim izləri araşdırılır


azərbaycan milli elmlər akademiyası (amea) ilə türkiyə elmi və texnoloji tədqiqat şurası (tübitak) arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində ilk birgə layihə müsabiqəsinin nəticələri açıqlanıb. müsabiqənin qaliblərindən biri “türkiyə və azərbaycanda türk mədəniyyətinin ən qədim izlərinin təsbiti” adlı ortaq tədqiqat layihəsi olub.

bu barədə arhd.media-a amea-nın folklor institutundan bildirilib. qeyd olunub ki, iki il müddətinə nəzərdə tutulan layihə amea ilə türkiyənin ondokuz mayıs universiteti arasında həyata keçiriləcək. tədqiqatın əsas məqsədi azərbaycan və türkiyə ərazilərində türklərə məxsus qədim izlərin, tarixi və mədəni bağların elmi əsaslarla müəyyənləşdirilməsi, maddi və qeyri-maddi irs nümunələrinin müqayisəli tədqiqidir.

layihəyə türkiyə tərəfdən ondokuz mayıs universitetinin insan və cəmiyyət elmləri fakültəsinin tarix bölümünün müdiri professor ibrahim tellioğlu rəhbərlik edir. işçi qrupunda dosentlər okay pekşen və muhammed bahadır da yer alıblar.

azərbaycan tərəfdən layihədə amea folklor institutunun dosenti aynur ibrahimova və tarix və etnologiya institutunun dosenti iradə məmmədova iştirak edirlər.

aynur ibrahimova bildirib ki, layihə yalnız qədim izlərin təsbiti ilə kifayətlənməyəcək, həm də “iki dövlət, bir millət” ideyasının tarixi və mədəni əsaslarının sübutlarla təsdiqinə xidmət edəcək. tədqiqat nəticələrinin beynəlxalq elmi nəşrlərdə dərc olunması, elmi konfrans və simpoziumlarda təqdim olunması planlaşdırılır.

amea və tübitak-ın birgə elan etdiyi müsabiqəyə ümumilikdə 20 layihə təqdim olunub, onlardan 4-ü qəbul edilib.

Baxış sayı: 6 594

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə