əmək pensiyalarının indeksləşdirilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, azərbaycan respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “əmək pensiyaları haqqında” azərbaycan respublikası qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. azərbaycan respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyinə tapşırılsın ki, 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə azərbaycan respublikası dövlət statistika komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. bu sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

 


ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 5 fevral 2025-ci il

Baxış sayı: 5 903

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə