
yap səbail rayon təşkilatı milli mətbuat gününü qeyd edib
iyulun 17-də yeni azərbaycan partiyası (yap) səbail rayon təşkilatı “konstitusiya və suverenlik ili” çərçivəsində 22 iyul – milli mətbuat günü münasibətilə tədbir keçirib. tədbir iştirakçıları əvvəlcə ulu öndər heydər əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. sonra dövlət himni səsləndirilib.
yap səbail rayon təşkilatının sədri muxtar nağıyev tədbirin əhəmiyyətindən bəhs edərək, medianın milli maraqlara xidmət etməsinin vacibliyini diqqətə çatdırıb. qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür: “azərbaycan mətbuatı müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin təbliğində daim ön sırada dayanıb. ulu öndər heydər əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün prezident ilham əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı bu siyasətin mühüm hissəsidir. “konstitusiya və suverenlik ili” çərçivəsində belə bir tədbirin keçirilməsi həm də milli-mənəvi dəyərlərimizin təbliği baxımından vacibdir”.
“iki sahil” qəzetinin baş redaktoru, milli məclisin deputatı vüqar rəhimzadə azərbaycan mətbuatının keçdiyi tarixi yoldan və prezident ilham əliyevin media siyasətindən danışıb. qeyd edib ki, mətbuat həm maarifləndirici, həm də milli təhlükəsizlik baxımından strateji bir gücdür. azərbaycan mətbuatının inkişaf mərhələləri göstərir ki, sözün gücü ilə də tarix yazmaq mümkündür. prezident ilham əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar informasiya cəmiyyətinə keçidin əsasını qoyur.
arhd.media ictimai-siyasi saytının rəhbəri
beynəlxalq hüquq eksperti
hüquq üzrə fəlsəfə doktoru ismayıl zalov’da iştirak etti.
























