berlin, 23 iyul, arhd.media
“spiegel” qəzeti: almaniya türkiyəyə 40 “eurofighter” döyüş təyyarəsinin satışına razılıq verib
almaniya federal təhlükəsizlik şurası türkiyəyə 40 ədəd “eurofighter” döyüş təyyarəsinin satışı ilə bağlı ankaranın sorğusunu müsbət cavablandırıb.
arhd.media xəbər verir ki, bu barədə “spiegel” qəzeti məlumat yayıb.
“eurofighter” döyüş təyyarələri almaniya, ingiltərə, italiya və ispaniyanın yer aldığı konsorsium tərəfindən istehsal edilir. qəzet 40 təyyarənin ümumi dəyərinin təxminən 4,75 milyard avro olduğunu bildirib.
xatırladaq ki, almaniya kansleri fridrix merts londonda britaniyanın baş naziri keir starmer ilə birgə mətbuata bəyanatında “eurofighter” təyyarələrinin türkiyəyə satışı ilə bağlı müsbət mövqe nümayiş etdirmişdi. kansler bu barədə sualı cavablandırarkən ixracla bağlı müsbət qərarın qəbulu istiqamətində irəliləyişlərin olduğunu vurğulamışdı.
türkiyə prezidenti rəcəb tayyib ərdoğan da son açıqlamalarının birində “eurofighter” təyyarələrinin yaxın vaxtda alınacağına ümidvar olduğunu açıqlamışdı.

























