berlin, 26 iyul, arhd.media
almaniya, fransa və böyük britaniya iranla yeni nüvə danışıqlarına başlayıb
almaniya, fransa və böyük britaniya (e3 ölkələri) iranla yeni nüvə danışıqlarına başlayıb.
arhd.media “spiegel” qəzetinə istinadla xəbər verir ki, ötən ay israil ilə iran arasında baş vermiş 12 günlük müharibədən sonra keçirilən bu ilk görüş iranın istanbuldakı konsulluğunda baş tutub.
e3 ölkələri sonuncu dəfə bəyan etmişdi ki, danışıqlarda irəliləyiş əldə olunmasa “snapback” mexanizmi (sanksiyaların avtomatik bərpası) vasitəsilə bmt-nin irana qarşı sanksiyalarını bərpa edə bilərlər. bu mexanizmin müddəti oktyabrda başa çatır. buna görə də avropalılar avqustun sonunadək razılaşma əldə etməyə çalışırlar. iranda uranın zənginləşdirilməsi və beynəlxalq atom enerjisi agentliyi (aeba) ilə əməkdaşlığın bərpası sahəsində aydın siqnallar verməsi tələb olunur.
iran xarici işlər nazirliyinin sözçüsü görüş barədə açıqlamasında onu “avropalılar üçün reallıq yoxlaması” və “iranın nüvə məsələsi ilə bağlı mövqelərini düzəltmək üçün dəyərli fürsət” adlandırıb.























