bakı, 29 iyul, arhd.media
bakı-ələt-qazax-gürcüstan yolunun bir hissəsində sürət həddi endirilir
iyulun 30-dan m2 bakı-ələt-qazax-gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun lökbatan dairəsindən başlayaraq ələt qəsəbəsində yerləşən “azpetrol” ydm-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.
azərbaycan yerüstü nəqliyyat agentliyindən (ayna) arhd.media-a bildirilib ki, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.
“hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır. hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

























