bakı, 6 fevral, arhd.media


azərbaycan respublikası minatəmizləmə agentliyi (anama) ağdam, xocalı, xankəndi və ağdərə rayonları ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirib.
anama-nın mətbuat xidmətindən arhd.media-a bildirilib ki, tədbirdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. həmçinin işçi heyətinə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilib.






















