bakı, 31 iyul, arhd.media
azərbaycanın cənubunda zəlzələ olub
astara stansiyasından 14 kilometr şimal-qərbdə, lənkəran-lerik sərhədində zəlzələ qeydə alınıb.
respublika seysmoloji xidmət mərkəzindən arhd.media-a verilən məlumata əsasən, iyulun 31-i yerli vaxtla saat 14.03.37-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
zəlzələ ocağı yerin 33 kilometr dərinliyində yerləşib.
zəlzələ hiss olunmayıb.























