azərbaycan respublikası prezidentinin “azərbaycan respublikasının ipoteka və kredit zəmanət fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “azərbaycan respublikası ipoteka və kredit zəmanət fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “azərbaycan respublikasının ipoteka və kredit zəmanət fondunun fəaliyyətinin təmin edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli fərmanında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 11, maddə 2030 (cild i); 2024, № 2, maddə 159) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-cı hissədə “2024-cü” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin;
1.2. həmin fərmanla təsdiq edilmiş əlavə 3 – “sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi qaydası”nın 3.2-ci bəndi üzrə:
1.2.1. 3.2.2-ci yarımbənddə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “(borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla)” sözləri çıxarılsın;
1.2.2. 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərdə “60 (altmış)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərdən “(onların zamin durduqları öhdəliklər istisna olmaqla)” sözləri çıxarılsın;
1.3. həmin fərmanla təsdiq edilmiş əlavə 5 – “sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydası”nın 4.6-cı bəndində “həmin ilin” sözləri “faiz subsidiyası verilən müddətin” sözləri ilə əvəz edilsin.
2. “azərbaycan respublikası ipoteka və kredit zəmanət fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” azərbaycan respublikası prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2018, № 5, maddə 897 (cild i) 3.2-ci bəndində “2024-cü” sözləri “2026-cı” sözləri ilə, “2027-ci” sözləri “2029-cu” sözləri ilə əvəz edilsin.
3. bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 6 fevral 2025-ci il























