dim bu gün peşəkar mühasib sertifikatı imtahanının ii mərhələsini keçirəcək

bakı, 10 avqust, arhd.media




dim bu gün peşəkar mühasib sertifikatı imtahanının ii mərhələsini keçirəcək


dövlət imtahan mərkəzi (dim) bu gün peşəkar mühasib sertifikatı imtahanının ii mərhələsini (qanunvericilik üzrә) keçirəcək.

dim-dən arhd.media-a bildirilib ki, imtahan vermək üçün 984 nəfər müraciət edib.

imtahan saat 10:00-da başlanacaq. saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- imtahana buraxılış vərəqəsi.

imtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

imtahan kağız daşıyıcılar vasitəsilə bakıda və naxçıvanda 5 binada təşkil olunacaq. imtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Baxış sayı: 4 246

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə