nazirlik: elektron xidmətlərə yanvar-iyul aylarında 15 milyona yaxın müraciət edilib

bakı, 19 avqust, arhd.media




nazirlik: elektron xidmətlərə yanvar-iyul aylarında 15 milyona yaxın müraciət edilib


əmək və əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-iyul aylarında 14 milyon 600 min müraciət edilib.

nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 9 milyon 300 min dəfə istifadə olunub, 156 min 300 təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

son illərdə sosial sahədə icra edilən geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “əmək və məşğulluq” altsistemi fəaliyyət göstərir.

nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 7 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 299 milyon olub.

Baxış sayı: 5 711

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə