bakı, 23 avqust, arhd.media
qubada mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb
quba rayonunun gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
bu barədə arhd.media-a fövqəladə hallar nazirliyinin (fhn) mətbuat xidmətindən məlumat verilib.
bildirilib ki, əraziyə dərhal fhn-in dövlət yanğından mühafizə xidmətinin qüvvələri cəlb olunub. hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

























