



pekin, 3 sentyabr, arhd.media
pekində yapon işğalına qarşı çin xalq müqaviməti və ikinci dünya müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib
azərbaycan prezidenti ilham əliyev paradı izləyib
sentyabrın 3-də çinin paytaxtı pekində yapon işğalına qarşı çin xalq müqaviməti və ikinci dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
arhd.media xəbər verir ki, azərbaycan respublikasının prezidenti ilham əliyev və birinci xanım mehriban əliyeva paradı izləmək üçün çinin paytaxtı pekindəki tiananmen meydanına gəliblər.
çin xalq respublikasının sədri si cinpin və birinci xanım pen liyuan prezident ilham əliyevi və birinci xanım mehriban əliyevanı qarşılayıblar.
























