istanbul, 2 sentyabr, arhd.media
türkiyə prezidenti: zəngəzur dəhlizi məsələsində hər hansı problem yoxdur
cənubi qafqazın çoxdan həsrətində olduğu sülhə qovuşacağına inanıram. azərbaycan prezidenti ilham əliyevlə apardığım ikitərəfli görüşdə bu ümidi onlarda da gördüm. ağ evdə atılan imzalar ermənistan-azərbaycan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. azərbaycan ilə ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə aradan qaldırıblar və son nöqtəyə qədər gəliblər.
arhd.media xəbər verir ki, bu fikirləri türkiyə prezidenti rəcəb tayyib ərdoğan çin səfərindən dönüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən ifadə edib.
azərbaycan prezidenti ilham əliyev və ardınca ermənistanın baş naziri nikol paşinyanla görüşləri zamanı bu mövzunu ətraflı müzakirə etdiklərini bildirən prezident ərdoğan deyib: “hər iki görüşdə, istər əliyevin, istərsə də paşinyanın eyni mövqedə olduqlarını gördüm. onlar eyni istiqamətə hədəfləniblər. zəngəzur dəhlizi məsələsində də hansısa bir problem, fərqlilik yoxdur. prezident ilham əliyev bu mövzuda özünə daha əmindir. xüsusilə abş səfəri zamanı baş tutan üçtərəfli görüş atacaqları addımlar baxımından demək olar ki, həlledici olub. sülhün təmin olunması bölgəmiz üçün çox önəmlidir. bu halda quru və dəmir yolu nəqliyyatı canlanacaq, sərhəd qapıları açılacaq. nəticədə isə, ticarət başda olmaqla bir çox sahəyə müsbət təsir edəcək. bu prosesdən bizim də müsbət şəkildə təsirlənməyimiz mümkündür. yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bölgə ölkələri bundan qazanc əldə edəcək. bunlar çox aydın və açıq şəkildə ortadadır. qarşıdakı dövrdə rusiya və iran da narahatlıqlarının əsassız olduğunu anlayacaqlar”.























