bakı, 11 sentyabr, arhd.media
prezident: iranın ərdəbil vilayəti ilə azərbaycan arasında iqtisadi əməkdaşlıq artırıla bilər
iranın ərdəbil vilayəti (ostandarlıq) azərbaycan ilə sərhəddir və bu vilayət ilə azərbaycan arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirmək olar. bunun üçün hər iki dövlətin sərhədyanı regionunun iqtisadi potensialı var.
arhd.media iranın irna dövlət agentliyinə istinadla xəbər verir ki, bu sözləri iran prezidenti məsud pezeşkian ərdəbil vilayətinə səfəri çərçivəsində yerli iş adamları ilə görüşü zamanı deyib.
o bildirib ki, vilayətin özünəməxsus potensialı var.
“burada kənd təsərrüfatı və əkinçilik imkanları böyükdür. tikinti materiallarının istehsalı və turizm sahəsində azərbaycan ilə əməkdaşlıq əlaqələri daha da faydalı ola bilər”, - deyə iran prezidenti qeyd edib.
m.pezişkian ərdəbil vilayətinin dəniz yolu ilə də qonşu dövlətlərlə ticarət əlaqəsi qurmaq imkanını vurğulayıb.























