aqta sədri sahibkarlarla görüşəcək

bakı, 18 sentyabr, arhd.media



aqta sədri sahibkarlarla görüşəcək


azərbaycan qida təhlükəsizliyi agentliyinin (aqta) sədri qoşqar təhməzli sentyabrın 26-sı saat 15:00-da agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.

aqta-nın informasiya təminatı və innovativ həllər şöbəsindən arhd.media-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışanlar onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.

görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla sentyabrın 25-dək qəbula yazıla bilərlər.

Baxış sayı: 7 681

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə