azərbaycan prezidenti: səudiyyə ərəbistanı ilə ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir

bakı, 23 sentyabr, arhd.media





azərbaycan prezidenti: səudiyyə ərəbistanı ilə ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir


hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.

arhd.media xəbər verir ki, bu fikir azərbaycan prezidenti ilham əliyevin səudiyyə ərəbistanı krallığının milli bayramı - krallıq elan edilməsi günü münasibətilə iki müqəddəs ocağın xadimi, səudiyyə ərəbistanının kralı salman bin əbdüləziz al səuda ünvanladığı təbrik məktubunda yer alıb.

“iqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm”, - deyə azərbaycan prezidenti əlavə edib.

Baxış sayı: 7 598

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə