bakı, 29 sentyabr, arhd.media
birinci vitse-prezident mehriban əliyeva cabir imanovun vəfatı ilə əlaqədar paylaşım edib
azərbaycan respublikasının birinci vitse-prezidenti mehriban əliyeva əməkdar artist cabir imanovun vəfatı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
arhd.media xəbər verir ki, paylaşımda deyilir: “nurlu, səmimi və qeyri-adi istedada malik insan – cabir imanovun vəfatı xəbəri məni sarsıtdı. bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
allah rəhmət eləsin”.























