bakı, 30 sentyabr, arhd.media
azərbaycan prezidenti: bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik
energetika sahəsində (italiya ilə - red.) bir çox önəmli layihələr icra edilmişdir. xüsusilə azərbaycan neftini və qazını italiyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev italiya prezidenti sercio mattarella ilə mətbuata bəyanatında söyləyib.
“eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.






















