moskva, 3 oktyabr, arhd.media
krasnoyarsk diyarında an-2 təyyarəsi sərt eniş edib, iki pilot həlak olub
rusiyanın an-2 təyyarəsi krasnoyarsk diyarının cənubunda sərt eniş edib, nəticədə iki pilot həlak olub. bu barədə dövlətlərarası aviasiya komitəsi məlumat yayıb.
arhd.media regional prokurorluğa istinadla xəbər verir ki, təyyarədə iki nəfər olub. ilkin məlumata görə, təyyarə “borus” mmc-yə məxsusdur. qəzaya uğrayan təyyarə 53 il istismarda olub.
rusiya istintaq komitəsinin şərq regionlararası nəqliyyat istintaq idarəsi qəza ilə bağlı cinayət işi açıb. hadisənin baş vermə səbəbləri araşdırılır.






















