israil hakimiyyəti abş prezidenti donald trampı ölkənin ən yüksək mükafatı olan - prezidentin şərəf medalı ilə təltif edib.

bu barədə israil prezidenti isxak hersoqun ofisi məlumat yayıb.

qeyd olunur ki, nüfuzlu mükafat trampa qəzza zolağında israilli girovların azad edilməsində göstərdiyi xidmətlərə görə verilib.

mükafatın elanı amerika liderinin israilə bu gün başlayan səfəri ilə eyni vaxta təsadüf edir. medalın özü abş rəhbərinə yaxın aylarda təqdim olunacaq.

yada salaq ki, prezidentin şərəf medalı 2012-ci ildə israilin sabiq prezidenti şimon peresin təşəbbüsü ilə təsis edilib. mükafat israil cəmiyyətinə verdiyi töhfələrə, eləcə də bütün dünyada humanitar nailiyyətlərə görə təqdim edilir. medalı alanlar arasında abş-nin sabiq rəhbərləri - barak obama, bill klinton, eləcə də keçmiş almaniya kansleri angela merkel də var.

Baxış sayı: 2 376

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə