"işğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quraşdırma işləri həyata keçirilir. altısı şəhər olmaqla 28 yaşayış məntəqəsinə artıq məcburi köçkünlərin bir hissəsi geri qayıdıb".
arhd.media xəbər verir ki, bunu dövlət şəhərsalma və arxitektura komitəsi sədrinin müavini ilqar isbatov 30-cu xəzər inşaat həftəsində bildirib.
"hazırda 50 mindən artıq əhali qarabağda yaşayır, işləyir, təhsil alır. azad edilmiş ərazilərimizdə mülki və yaşayış binaları ilə yanaşı, infrastruktur obyektləri, yollar, tunellər, körpülər tikilir, mədəniyyət abidələri bərpa edilir", - o qeyd edib.
i.isbatov vurğulayıb ki, azad edilmiş ərazilərdə işlərin əksəriyyəti və əhəmiyyətli hissəsi məhz azərbaycan inşaatçılarının, mühəndislərinin əməyi, zəhməti ilə həyata keçirilir:
"eyni zamanda, orada istifadə olunan texnoloji avadanlıqların əhəmiyyətli hissəsi azərbaycanda istehsal olunur.
bundan əlavə, işğaldan azad olunmuş ərazilər "yaşıl zona" elan edilib. burada görülən işlər məhz bu çərçivədə aparılır".























