
azərbaycan respublikasının prezidenti ilham əliyev oktyabrın 20-də qazaxıstan respublikasına dövlət səfərinə gedib.
arhd.media azərtac-a istinadən xəbər verir ki, astana şəhərinin beynəlxalq aeroportunda azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
dövlətimizin başçısını qazaxıstan respublikasının prezidenti kasım-jomart tokayev qarşılayıb.
fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.




























