"haber global" azərbaycan prezidenti ilham əliyevin qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb.
arhd.media -ın xəbərinə görə, süjetdə azərbaycan və qazaxıstan arasındakı münasibətlərə diqqət yönəldilib.
videoda iki ölkə liderlərinin bəyanatlarına yer verilib və ikitərəfli münasibətlərin inkişaf perspektivləri qiymətləndirilib. qazaxıstan prezidenti kasım-jomart tokayevin azərbaycan prezidentinin güclü liderlik keyfiyyətlərini yüksək qiymətləndirməsi xüsusi vurğulanıb.
həmçinin görüş zamanı liderlər arasında baş tutan 8 avqust vaşinqton konsensusunun müzakirəsinə də toxunulub.
"azərbaycan lideri zəngəzur dəhlizinin 2028-ci ilin sonuna kimi açıla biləcəyini nəzərə çatdırdı", - deyə videoda bildirilib.
bundan əlavə, ilham əliyev və kasım-jomart tokayevin birlikdə qatıldıqları "orta dəhlizin inkişafı" (trans-xəzər beynəlxalq nəqliyyat marşrutu) adlı birgə layihənin təqdimatı da önə çıxarılan mövzulardan olub.
daha ətraflı videosüjetdə:






















