prezident ilham əliyev yardımlı rayonunun yardımlı-deman-arvana avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
arhd.media bununla bağlı president.az-a istinadən xəbər verir.
sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən yardımlı-deman-arvana avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə azərbaycan respublikası prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli sərəncamı ilə təsdiq edilmiş "azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı azərbaycan avtomobil yolları dövlət agentliyinə ayrılıb.





















