azərbaycan respublikasının prezidenti ilham əliyev avstriya respublikasının federal prezidenti aleksander van der belleni təbrik edib.
arhd.media azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"hörmətli cənab federal prezident, avstriya respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
inanıram ki, azərbaycan ilə avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".























