bu gündən mingəçevir-şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb
bakı, 8 fevral, arhd.media
mingəçevirdən şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.
bu barədə arhd.media-a azərbaycan yerüstü nəqliyyat agentliyindən məlumat verilib.
bildirilib ki, biletləri www.biletim.az portalından əldə etmək mümkündür. reyslər hər gün mingəçevirdən şuşaya saat 08:00-da, şuşadan mingəçevirə isə saat 16:00-da yola düşür.
qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.






















