"düz beş il bundan əvvəl bu ərazi (horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq".
arhd.media azərtac-a istinadən xəbər verir ki, bu sözləri prezident ilham əliyev cəbrayıl rayonunun horovlu kəndində sakinlərlə görüşündə deyib.
bir neçə gündən sonra tarixi zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb:
"8 noyabr - zəfər günü bizim tariximizdə olan ən parlaq səhifədir. beş il bundan əvvəl tarixi zəfərimiz bütün dünyaya səs salıb".






















