işğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
arhd.media "report"a istinadən xəbər verir ki, bu mərhələdə ağdam rayonunun xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə prezident ilham əliyevə və birinci vitse-prezident mehriban əliyevaya təşəkkür ediblər.
onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.























