"azərbaycan dilinin saflığının qorunması hər bir azərbaycan vətəndaşının işi olmalıdır".
arhd.media azərtac-a istinadən xəbər verir ki, bu fikri prezident ilham əliyev azərbaycan milli elmlər akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
"dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar - yəni bu məsələyə çox böyük diqqət verməlidirlər", - deyə prezident vurğulayıb.






















