azərbaycan və birləşmiş ərəb əmirlikləri (bəə) arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi təsdiqlənib.
arhd.media xəbər verir ki, bununla bağlı prezident ilham əliyev “azərbaycan respublikası hökuməti və birləşmiş ərəb əmirlikləri hökuməti arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
qeyd edək ki, sazişin imzalanması bu il iyulun 9-da əbu-dabi şəhərində baş tutub.






















