prezident ilham əliyev azərbaycan respublikası müdafiə nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
arhd.media president.az-a istinadən xəbər verir ki, sərəncama əsasən azərbaycan respublikası müdafiə nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
"general-leytenant" ali hərbi rütbəsi
general-mayor kənan əlihüseyn oğlu seyidova
general-mayor ağamir əzizxan oğlu sultanova
"general-mayor" ali hərbi rütbəsi
polkovnik zaur qəzənfər oğlu yusifliyə
polkovnik ümüdvar əzizalı oğlu quliyevə
polkovnik anar tofiq oğlu hüseynova
polkovnik etibar ismayıl oğlu məhərrəmova
"kontr-admiral" ali hərbi rütbəsi
1-ci dərəcəli kapitan şahin oruc oğlu məmmədova.





















