bu gün 2020-ci il noyabrın 10-da prezident ilham əliyev, rusiya prezidenti vladimir putin və ermənistanın baş naziri nikol paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın ildönümüdür.


arhd.media  xəbər verir ki, 2020-ci il sentyabrın 27-də ermənistanın hərbi təxribatlarına cavab olaraq azərbaycan ordusu vətən müharibəsinə başlamışdı.


44 gün davam edən döyüşlər zamanı azərbaycan ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib. oktyabrın 3-də suqovuşan, 4-də cəbrayıl, 9-da hadrut, 17-də füzuli, 20-də zəngilan, 25-də qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər azərbaycanın nəzarətinə qaytarıldı.


noyabrın 8-də şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.


bu qələbədən iki gün sonra noyabrın 10-da imzalanan bəyanat 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq bölgədə yeni reallıqların əsasını qoydu.

Baxış sayı: 2 896

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə