bu gün azərbaycanın əsas qanununun - konstitusiyanın qəbul edildiyi gündür.
arhd.media xəbər verir ki, hazırkı konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
bu, azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk konstitusiyası idi.
azərbaycan dövlətinin birinci konstitusiyası 1921-ci il mayın 19-da i ümumazərbaycan sovetlər qurultayında qəbul edilib. azərbaycan ssr konstitusiyasının 1921-ci il ssri konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də iv ümumazərbaycan sovetlər qurultayında qəbul edilib. azərbaycan ssr-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son konstitusiyası ssri konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
azərbaycan müstəqilliyini bərpa etdikdən yeni konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə prezident heydər əliyevin sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə azərbaycan respublikasının ilk konstitusiyası qəbul olundu.
azərbaycanın yeni konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da prezident heydər əliyevin sərəncamı ilə noyabrın 12-si konstitusiya günü elan edilib.























